Saytımızı qiymətləndirin


 
 

“Cümə” məscidinə 2 imam təyin edildi - YENİLƏNİB
Tarix: 20-04-2023 | Saat: 13:03
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər

 

“Cümə” məscidinə 2 imam təyin edildi - YENİLƏNİB

 

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu “Cümə” məscidinə imam təyinatları həyata keçirilib.

 

Qarabaqinfo.az APA-ya istinadən xəbər verir ki, Dövlət Komitəsi sədrinin müvafiq əmrləri ilə Ceyhun Əkbər oğlu Rüstəmov və Araz Ayaz oğlu Abdullayev “Cümə” məscidinə imam vəzifəsinə təyin ediliblər.

 

Qeyd edək ki, Ceyhun Rüstəmov Bakı İslam Universiteti və Liviya Təbliğ Universitetində ali dini təhsil alıb. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvüdür. Qəbələ şəhəri "Mərkəzi Cümə" və Bakı şəhəri Yasamal rayonu “İlahiyyat” məscidlərinin imamı vəzifəsində çalışıb. Ceyhun Rüstəmov “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən rotasiya yolu ilə Nərimanov rayonu “Cümə” məscidinə təyinat alıb.

 

Araz Abdullayev Ağdaş rayonu Xosrov İslam Mədrəsəsində və Bakı İslam Universitetində təhsil alıb. “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na uyğun olaraq Dövlət Komitəsinin 2-13 avqust 2022-ci il tarixlərində keçirdiyi müsahibədə uğur qazanıb və Dövlət Komitəsi sədrinin müvafiq əmri ilə sözügedən məscidə imam təyin olunub.

*

Bakının Nərimanov rayonunda yerləşən “Cümə” məscidinə imam təyinatı olub.

 

Qarabaqinfo.az APA-ya istinadən xəbər verir ki, Ceyhun Rüstəmov məscidin imamı təyin edilib.

 

Qeyd edək ki, aprelin 20-də Bakının Nərimanov rayonunda dövlətimizin başçısının təşəbbüsü ilə aparılan əsaslı təmirdən və rekonstruksiyadan sonra “Cümə” məscidinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

 



Xəbəri paylaş

1130 dəfə oxunub.

Digər xəbərlər