Saytımızı qiymətləndirin


 
 

Azneft dairəsində nəqliyyatın hərəkəti məhdudlaşacaq
Tarix: 15-04-2023 | Saat: 10:23
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tikinti işləri ilə bağlı açıqlama yayıb.

Şirkətdən verilən məlumata görə, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) paytaxtda 28-30 aprel tarixlərində baş tutacaq Formula 1 Azərbaycan Qran Prisinə hazırlıqlar çərçivəsində trekin keçdiyi yollarda quraşdırılma işlərinə davam edir.

Belə ki, 15 aprel gecə 22:00-dan etibarən tribunanın quraşdırılması səbəbindən Azneft dairəsində nəqliyyat zolağının bəzi hissələrində nəqliyyatın hərəkəti məhdudlaşacaq. Burada bütün istiqamətlərdə nəqliyyatın hərəkəti yol polisi tərəfindən tənzimlənəcək.



Xəbəri paylaş

1130 dəfə oxunub.

Digər xəbərlər
14-07-2021, 13:23 Sabahın hava proqnozu