Saytımızı qiymətləndirin


 
 

General itkin düşən əsgərlərin ailələrinə deyib ki, bəlkə Mübariz İbrahimov kimi...
Tarix: 10-04-2023 | Saat: 15:11
Bölmə:Karusel / Gündəm | çapa göndər

General itkin düşən əsgərlərin ailələrinə deyib ki, bəlkə Mübariz İbrahimov kimi... Naxçıvan Muxtar Respublikasında hərbi  xidmətdə olan   itkin düşən hərbçilərin kimliyi bəlli olub.

Gununsesi.info-nun xəbərinə görə, bu şəxslər Axundov Hüseyn Əhliman oğlu, digəri isə Bəbirov Aqşin Qabil oğludur.

Qeyd edək ki, Müdafiə Nazirliyinin  açıqlamasında hərbçilərimizin Şahbuz rayonu istiqamətində yoxa çıxdığı deyilir.

Saytın əldə etdiyi xəbərdə isə hadisənin bəzi təfərrüatları məlum olub. Belə ki, hər iki şəxs sadə əsgər olsa da komandir onları post yoxlamaya göndərib. Bu göndərişdən sonra hər iki hərbçi yoxa çıxıb.

Yoxa çıxan əsgərlərin valideynləri bildirir ki, vəzifə borcları olmadığı halda iki əsgərin post yoxlamaya getməsi faktı araşdırılmalıdır.

Bundan başqa itkin düşən əsgərlərin valdeynləri  Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu Komandanı general-polkovnik Kərəm Mustafayevlə görüşsə də normal cavab ala bilməyib:  “Kərəm Mustafayev deyir ki,  bəlkə Mübariz İbrahimov kimi ermənilərin üstünə gediblər. Biz övladlarımızı ona əmanət etmişik. Elə bil ki, iki 18 yaşlı gənc itməyib. Soyuqqanlı şəkildə deyir ki, gedin, evinizdə oturun, bir xəbər olsa biləcəksiniz”.



Xəbəri paylaş

185 dəfə oxunub.

Digər xəbərlər