Saytımızı qiymətləndirin


 
 

Xarabalığa çevirilmiş ABU –Beynəlxalq Universitetin görüntüləri (VİDEO)
Tarix: 10-04-2023 | Saat: 10:06
Bölmə:Karusel / Sosial | çapa göndər

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) yeni görüntüləri yayılıb.
Bu barədə görüntülər İN Media youtub kanalında paylaşılıb.
13 il mütəxəssis hazırlayan ali məktəbi demək olar ki, xarabalığa çevrilib.
Görüntülərdə ABU-nun binasının otaqlarının dağılmış, həyətinin isə ot-alaf basıldığı öz əksini tapıb. Bir sözlə, hazırda həyəti tələbə üzünə həsrət qalmış sabiqə təhsil ocağı əsl xarabalığı xatırladır.
Qeyd edək ki, ABU 1997-ci ildə fəaliyyətə başlayıb. Ali təhsil ocağı bakalavr hazırlığı üçün 4 il vaxt norması nəzərdə tutub. Təhsil ödənişli əsaslarla idi. Burada əyani və qiyabi şöbələri fəaliyyət göstərib, təhsil Azərbaycan və rus dillərində aparılıb.
1997-ci il Nazirlər Kabinetinin qərarı ilə özəl ali məktəb statusu alan universitet Ədliyyə Nazirliyinin şəhadətnaməsini alaraq dövlət qeydiyyatından keçib. Fəaliyyəti dövründə 3 dəfə lisenziya ala bilsə də, 4-cü dəfə-2010-cu ildə ABU-ya lisenziya verilməyib.


Xəbəri paylaş

193 dəfə oxunub.

Digər xəbərlər