Saytımızı qiymətləndirin


 
 

Putinlə Paşinyan Azərbaycanla sülh müqaviləsinin hazırlanmasını müzakirə edib
Tarix: 07-04-2023 | Saat: 14:15
Bölmə:Karusel / Siyasət | çapa göndər

Putinlə Paşinyan Azərbaycanla sülh müqaviləsinin hazırlanmasını müzakirə edib - YENİLƏNİB

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Qarabaginfo.az xəbər verir ki, Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Qarabağ ətrafında mövcud vəziyyətin müxtəlif aspektlərinin müzakirəsi davam etdirilib.

“Bu kontekstdə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-2022-ci illərdə əsas sazişlərin ardıcıl şəkildə həyata keçirilməsinin, o cümlədən Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin və sabitliyin təmin edilməsi, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması ilə bağlı məsələlərin vacibliyi bir daha təsdiqlənib. Bundan əlavə, danışıqlar zamanı ikitərəfli münasibətlərin bəzi aktual məsələlərinə toxunulub”, - Kremlin məlumatında qeyd olunub.



Xəbəri paylaş

184 dəfə oxunub.

Digər xəbərlər
12-01-2022, 14:13 Sabah yağış yağacaq
24-09-2020, 13:03 Sabahın hava proqnozu