Saytımızı qiymətləndirin


 
 

Sabah 28 dərəcə isti olacaq
Tarix: 28-03-2023 | Saat: 13:47
Bölmə:Karusel / Gündəm | çapa göndər

Sabah 28 dərəcə isti olacaq

 

Bakıda və Abşeron yarımadasında martın 29-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Qarabaqinfo.az verilən məlumata görə, axşam yarımadanın bəzi yerlərində arabir duman olacaq.

 

Mülayim cənub küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

 

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək.

 

Havanın temperaturu gecə 6-11° isti, gündüz 23-28° isti, dağlarda gecə 1-6° isti, gündüz 12-17° isti olacaq. modern.az

 


Xəbəri paylaş

1103 dəfə oxunub.

Digər xəbərlər