Saytımızı qiymətləndirin


 
 

Rusiya Azərbaycana və daha 7 ölkəyə uçuşları bərpa etdi
Tarix: 11-03-2022 | Saat: 11:38
Bölmə:Karusel / Region | çapa göndər

 

Rusiya Ermənistana 20 təyyarə hərbi yük göndərdi –

Rusiya koronavirus pandemiyası ilə bağlı Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və İrana uçuşlara qoyulan məhdudiyyətləri ləğv edib.

Qarabaginfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi  (“Rosaviasiya”) yayıb.

Bildirilir ki, 2022-ci il martın 9-u Rusiya hökumətinin qərarına əsasən, sözügedən ölkələrə müntəzəm və qeyri-müntəzəm reyslərə qoyulan məhdudiyyətlər aradan qaldırılıb. 

Reyslər qarşılıqlı əsasda həyata keçiriləcək.

Xatırladaq ki, martın 6-dan başlayaraq, beynəlxalq uçuşlar zamanı yaranan risklərlə əlaqədar, Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin tövsiyəsi ilə Rusiya aviaşirkətlərinin Azərbaycana reysləri qeyri-müəyyən müddətə dayandırılmışdı.

 



Xəbəri paylaş

1211 dəfə oxunub.

Digər xəbərlər