Saytımızı qiymətləndirin


 
 

Rus gimnastlar çempionata buraxılmadı 
Tarix: 22-03-2023 | Saat: 15:53
Bölmə:Karusel / İdman | çapa göndər

Rus gimnastlar çempionata buraxılmadı 

Martın 21-də bədii gimnastika üzrə Avropa çempionatının püşkatma mərasimində Rusiya və Belarus komandaları iştirak etməyib. 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya yığmasının baş məşqçisi Valentina Rodionenko deyib. 

O qeyd edib ki, milli komandalar turnirdə oynamaq imkanını itirib. 

“Avropa çempionatında mübarizə apara bilməyəcəyimizi çoxdan başa düşürük, ona görə də bizsiz keçirilən püşkatma heç də sürpriz olmadı. Ümid edək ki, bizə iyunda Sinqapurda keçiriləcək Asiya çempionatında iştirak etmək imkanı veriləcək, bu, bizim üçün çox vacib dünya çempionatına vəsiqə qazanmaq üçün yeganə şans olacaq”, - deyə xanım Rodionenko TASS-a bildirib. 

eyd edək ki, aprelin 11-dən 16-dək Türkiyənin Antalya şəhərində Avropa çempionatı keçiriləcək. Çempionatda 39 ölkənin idmançıları iştirak edəcək.(Yenisabah.az)



Xəbəri paylaş

1129 dəfə oxunub.

Digər xəbərlər
12-10-2020, 13:02 Sabahın hava proqnozu