Tarix: 16-03-2023 | Saat: 13:16
Bölmə:Karusel / Siyasət | çapa göndər
Regionda və dünyada baş verən hadisələr nəqliyyat və kommunikasiyalar sahəsində əməkdaşlığın əhəmiyyətini artırıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən iclasında bildirib.
Nazir Ceyhun Bayramov, bu istiqamətdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən Zəngəzur dəhlizinin fəaliyyətə başlaması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Bununla əlaqədar, Azərbaycanın Orta dəhlizin tranzit potensialından istifadəyə şərait yaradacaq bu səylərinin öz növbəsində regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə mühüm töhfə verəcəyinə dair inam ifadə olunub.
Digər xəbərlər