Saytımızı qiymətləndirin


 
 

Ərdoğan seldən əziyyət çəkənlərə səsləndi: Keçmiş olsun!
Tarix: 15-03-2023 | Saat: 14:34
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Ərdoğan seldən əziyyət çəkənlərə səsləndi: Keçmiş olsun!

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyaman və Şanlıurfa vilayətindəki sel fəlakəti ilə bağlı danışıb.

 

Qarabaqinfo.az "TRT Haber"ə istinadən xəbər verir ki, o, zəlzələdən sonra görülən işləri də diqqətə çatdırıb.

 

"Seldən təsirlənən, təbii fəlakətin üstünə yeni fəlakət yaşayan vətəndaşlarımıza "keçmiş olsun" deyirəm. Nazirlərimiz, qruplarımız sahədə işləri koordinasiya edir. 35 mindən çox xilasetmə personalı, 22 min dövlət işçisi və könüllülərlə birlikdə təxminən 500 min insan zəlzələdən əziyyət çəkənlərin yardımına qaçdı. Zəlzələdən ən çox ziyan çəkən 11 vilayətdə 14 milyon insanımızın qida və yerləşmə ehtiyaclarını qarşılamaq üçün effektiv təşkilatçılıq işləri gördük. Hazırda zəlzələ bölgəsində qalan 2 400 000 insanımıza yerləşmə imkanı təmin edirik", - deyə Ərdoğan bildirib.

 

Qeyd edək ki, Adıyaman və Şanlıurfada sel fəlakəti 4 nəfərin həyatına son qoyub, həmçinin itkin düşənlər var. Modern.az



Xəbəri paylaş

1113 dəfə oxunub.

Digər xəbərlər