Saytımızı qiymətləndirin


 
 

Nazir saxta diplom məsələsinə münasibət bildirib: Bilik-bacarığı yerində olmayan müəllimlər də var
Tarix: 11-04-2023 | Saat: 17:57
Bölmə:Karusel / Təhsil | çapa göndər

 

Emin Əmrullayev — Vikipediya

90-cı illərin əvvəlində, sovet dövründə Azərbaycandan kənarda təhsil almış bir çox müəllimlərimiz var ki, onların diplomlarının saxta olub-olmamasını sübut etmək çox çətindir.

Qarabaginfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, nazirlikdə dəfələrlə belə hallarla üzləşmişik.

"Məsələn, müəllimin əlindəki sənədin dövlət nümunəli olmadığını görürük, lakin özündən soruşduqda bu sənədin 90-cı illərin əvvəlində verildiyi müəyyən olunur. Həqiqət ondan ibarətdir ki, o dövrdə müharibə şəraiti olduğundan bəzi məktəblərə diplomlar çap edilib verilə bilməyib. İndi bizim məntiqimiz ondan ibarətdir ki, müəllim sertifikasiyada iştirak edərək öz bilik və bacarığını sübut edə bilirsə, biz onu məktəbdə saxlayırıq".

Nazir qeyd edib ki, eyni zamanda əlində hüquqi bazımdan saxta olmayan diplomu olan, lakin bilik və bacarığı yerində olmayan müəllimlər də var:

"Belə hallar az deyil. Ona görə bizim indi fokuslandığımız məsələ daha çox tədrisi aparan təhsilverənin biliyinin olmasıdır".



Xəbəri paylaş

198 dəfə oxunub.

Digər xəbərlər