Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifədən azad edilib.
Qarabaginfo.az APA-ya istinadən məlumat verir ki, bununla bağlı Sumqayıt İcra Hakimiyyətinin başçısı əmr imzalayıb.
Əmrə əsasən, icra başçının müavini, həmçinin İH-nin şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsini icra edən Əliyev Gündüz Aydın oğlu vəzifəsindən azad olunub.
İcra başçısının digər əmri ilə Fərid Ələkbərov Sumqayıt İH başçısının müavini təyin edilib.