Saytımızı qiymətləndirin


 
 

O qədər sakitdir ki... - Kılıçdaroğlunun xanımının 13 il əvvəl dedikləri...
Tarix: 06-03-2023 | Saat: 13:39
Bölmə:Karusel / Region | çapa göndər

O qədər sakitdir ki... - Kılıçdaroğlunun xanımının 13 il əvvəl dedikləri...

 

Bugünlərdə Türkiyə prezidentliyinə müxalifətin namizədi kimi irəli sürülməsi gözlənilən Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlunun psixoloji portreti geniş müzakirə olunur.

Qarabaginfo.az xəbər verir ki, sosial şəbəkələrin Türkiyə seqmentində siyasətçinin həyat yoldaşı Selvi Kılıçdaroğlunun 2010-cu ildə mətbuata müsahibəsi zamanı CHP sədrinin xarakteri və insani təbiəti barədə danışdıqları bu kontekstdə yenidən gündəmə gəlib.

 

"Kemal heç bir zaman səsini qaldırmaz, bərkdən danışmaz, qışqırıb-bağırmaz. Hətta mənə elə gəlir ki, lazım olduğundan da sakitdir. O qədər sakitdir ki, evdə ağız dadı ilə dalaşmaq da olmur. Bu qədər sakit olması bəzən məni hövsələdən çıxarır", - xanım Kılıçdaroğlu söyləmişdi.

 

Qeyd edək ki, Türkiyədə seçkilərin 14 mayda keçirilməsi gözlənilir. "Millət İttifaqı"nın bu gün keçirilməli olan toplantısında Kılıçdaroğlunun namizədliyinin elan edilməsi ehtimal olunur.



Xəbəri paylaş

1114 dəfə oxunub.

Digər xəbərlər