Saytımızı qiymətləndirin


 
 

İranın ali rəhbərinin yaxın qohumu mülklərini sataraq pullarını xaricə çıxarıb
Tarix: 01-03-2023 | Saat: 11:19
Bölmə:Karusel / Region | çapa göndər

Ayətullah Xamenei: “Rəcəb ayında daima istiğfar edin” | Ahliman.info

İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin yaxın qohumu ölkədəki mülklərini sataraq pullarını xaricə çıxarıb.

Qarabaginfo.az “Azadİran”a istinadən xəbər verir ki, bunu İranın tanınmış jurnalisti Fərəhmənd Əlipur tviter səhifəsində yazıb.

O bildirib ki, S.Ə.Xameneinin oğlu Məsud Xameneinin qaynı və əntiq mallar, antikvar sahəsində məşhur iş adamı Sadiq Xərrrazi son bir neçə ayda ölkədəki mülklərini sataraq pullarını Braziliya banklarına köçürüb.

F.Əlipurun yazdığına görə, S.Xərrazi bundan öncə də öz dostlarına ölkədə müharibə ehtimalının yüksək olduğunu söyləyərək pullarını İrandan çıxarmağı tövsiyə edib.

Qeyd edək ki, S.Xərrazi “İran diplomatiyası” saytının təsisçisidir.

Xatırladaq ki, İranın ali rəhbərinin Müctəba, Mustafa, Məsud və Meysan adlı 4 oğulu, Boşra və Xoda adlı 2 qızı var.(Report)



Xəbəri paylaş

185 dəfə oxunub.

Digər xəbərlər