Onlar Lavrovun səfərindən sonra daha da irəli gedərək Laçın şəhərinə "girdi"...-XƏRİTƏ
Tarix: 01-03-2023 | Saat: 11:08
Bölmə:Karusel / Qarabağ | çapa göndər
Dünən – fevralın 28-i isə Rusiya hərbçilərinin daha da “irəli” gedərək Şuşa rayonunun yaxınlığındakı 7-ci postlarından başlanan patrul marşrutunu artıq bilavasitə Laçın şəhərinin içərisinə yeridiblər.
1211 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 01-03-2023 | Saat: 11:08
Bölmə:Karusel / Qarabağ | çapa göndər

“İnanaq ki, bu, Ukraynada məğlub olan və Güney Qafqazda, xüsusən də Azərbaycanda – Qarabağda daha da möhkəmlənməyə çalışan Moskvanın, sadəcə, virtual bir basqısı, güc nümayişidir...”
Xəbər verdiyimiz kimi, Rusiyanın Azərbaycan ərazisindəki “sülhməramlı” hərbi kontingenti fevralın 25 və 26-da Laçın rayonu ərazisində məsuliyyət zonalarından, yəni dəhlizdən kənar məkana daxil olublar(bax://moderator.az/az/ekskluziv/604405/rusiya-herbcileri-lacinda-mesuliyyet-zonalarindan-kenar-eraziye-soxuldu-xerite/). Bu, Rusiya Müdafiə Nazirliyinin “sülhməramlı”lara aid bölməsindəki sözügedən tarixlərə dair dislokasiya xəritələrindən bəlli olub.
Dünən – fevralın 28-i isə Rusiya hərbçilərinin daha da “irəli” gedərək Şuşa rayonunun yaxınlığındakı 7-ci postlarından başlanan patrul marşrutunu artıq bilavasitə Laçın şəhərinin içərisinə yeridiblər.Qarabaginfo.az xəbər verir ki, bu, Rusiya MN-nin “sülhməramlı”lara aid bölməsindəki 28 fevral 2023-cü ilə dair dislokasiya xəritəsindən bəlli olub.

Bundan öncəki gün, yəni fevralın 27-də isə “sülhməramlı”lar tərəfindən Laçın yaxınlığında patrul xidməti keçirilməyib.
Zəruri şərh:
Belə təəssürat yaranır ki, Azərbaycan mediasının xəbərdarlığına rəğmən Kreml bərk ayaqda “texniki səhv” kimi qələmə verəcəkləri “yanlışlığı” aradan qaldırmaq əvəzinə, acığa daha da irəli gedərək patrul xidməti marşrutuna ötən ilin avqustundan Azərbaycan dövləti və ordusunun birbaşa nəzarətinə keçmiş Laçın şəhərini də daxil ediblər...

İnanaq ki, bu, Ukraynada məğlub olan və Güney Qafqazda, xüsusən də Azərbaycanda – Qarabağda daha da möhkəmlənməyə çalışan Moskvanın, sadəcə, virtual bir basqısı, güc nümayişidir. Yəni reallıqda Rusiya hərbçiləri Azərbaycan ordu komandanlığından icazə almamış məsuliyyət zonalarından kənara, o cümlədən Laçın şəhərinə daxil olmurlar..
P.S. Xatırladaq ki, fevralın 27- və 28-də Rusiya XİN başçısı Sergey Lavrov Bakıda ikigünlük səfərdə olub...
(moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
17-12-2021, 17:14
Mətbuat Şurasında Şirməmməd Hüseynovun xatirəsi yad edilib
14-04-2023, 16:30
Allahverdi Məmmədli Ali Məhkəmədən getdi
3-05-2024, 09:57
“Yazıq gəlinim deyirdi ki, mənim üstümə niyə düşüblər?”
22-01-2021, 12:03
Azərbaycanda fevralın 1-dən məktəblər açılır -QƏRAR
23-01-2023, 16:17
Ombudsman erməni diversantlarına baş çəkib
6-11-2024, 10:48
Mahaçqala hava limanı fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb
26-04-2021, 15:51
Zelenski Putinin görüş təklifini qəbul etdi
16-02-2021, 12:36
Qarabağda salınacaq “ağıllı kənd”lər 5 komponent üzrə tikiləcək
20-12-2023, 16:00
Prezidentlə xanımı Xocavənd və Xocalıya getdilər
30-12-2023, 10:25
Bu günə olan valyuta MƏZƏNNƏLƏRİ

















