Saytımızı qiymətləndirin


 
 

Elmar Vəliyevə sui-qəsdə görə həbs olunmuş Yunis Səfərov kassasiya şikayəti verib
Tarix: 27-02-2023 | Saat: 17:39
Bölmə:Karusel / Kriminal | çapa göndər

Gəncə şəhərinin keçmiş icra başçısı Elmar Vəliyevə sui-qəsddə və digər cinayət əməllərində təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilən Yunis Səfərov Ali Məhkəməyə kassasiya şikayəti verib.

Qarabaginfo.az xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi İlqar Qılıcovun icraatındadır.

Bu iş üzrə 5 dəfə məhkəmə baxış iclası təyin edilsə də, baş tutmayıb. Nəhayət İlqar Qılıcov iyunun 1-nə baxış iclası təyin edib. İclasın bu dəfə təxirə salınacağı, yaxud ləğv ediləcəyi bəlli deyil.

Yunis Səfərov 2018-ci ildə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və onu mühafizə edən polis serjantına qarşı silahlı sui-qəsd törədib. O, hadisədən dərhal sonra həbs edilib. Sui-qəsd hadisəsindən bir həftə sonra – iyulun 10-da Gəncənin mərkəzi meydanında keçirilən aksiyada iki polis polkovniki qətlə yetirilib. Gəncə hadisələrindən sonra həbs olunan 70-dən artıq şəxsin əksəriyyəti 10 iyulda baş verənlərə görə kütləvi iğtişaşların təşkili, polis əməkdaşlarına qarşı zor tətbiq etmə və s. əməllərdə suçlanıb. Onlara 6 ildən 18 ilə qədər həbs cəzası kəsilib. Sonradan bir çoxunun cəzası azaldılaraq 2-5 ilə salınıb, azadlığa buraxılanlar olub.

Yunis Səfərov isə ömürlük azadlıqdan məhrum edilib. Cinayət işi üzrə Gəncənin sabiq icra başçısı Elmar Vəliyev və daha 5 nəfər zərərçəkən şəxs qismində tanınıb.(Azpost.info)



Xəbəri paylaş

1141 dəfə oxunub.

Digər xəbərlər