Saytımızı qiymətləndirin


 
 

Gəncədə karantini pozan çayxanalar aşkarlandı - Foto
Tarix: 05-08-2020 | Saat: 12:41
Bölmə:Karusel / Region | çapa göndər

Gəncədə karantin rejimini pozan çayxanalar aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Qarabaginfo.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin (BPİ) və onun tabeli orqanlarının  əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı şəhərin Nizami rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən çayxana aşkarlayıb. Çayxananı işlədən Qədir Verdiyev və 13 nəfər saxlanılaraq Nizami rayon Polis İdarəsinə gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb.

Davam etdirilən tədbirlər zamanı şəhərin Kəpəz rayonunda da xüsusi karantin rejiminin tələblərinə zidd olaraq fəaliyyət göstərən çayxana aşkarlanıb. Polis əməkdaşları obyektin fəaliyyətini dayandıraraq çayxana sahibi Mahir İsgəndərovu 6 nəfər müştəri ilə birlikdə aidiyyəti üzrə Kəpəz rayon Polis İdarəsinə gətirib və hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.

Gəncədə karantini pozan çayxanalar aşkarlandı



Xəbəri paylaş

931 dəfə oxunub.

Digər xəbərlər