Dumanlı hava şəraiti ilə əlaqədar Bakının əsas magistrallarında sürət həddi azaldılıb.
Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NNİM) bildirilib.
Qeyd olunub ki, dumanlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti, Aeroport şosesi, Mərdəkan şosesi, Buzovna-Zaqulba yolu və Zığ şosesində sürət həddi 20 km/saat endirilib.






" style="width: 670px; height: 340px;">










