Tarix: 21-02-2023 | Saat: 14:47
Bölmə:Karusel / Multimedia | çapa göndər
“Tərtər işi” ilə bağlı ittiham olunan general-mayor Bəkir Orucovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Qarabaginfo.az Apa-ya istinadən xəbər veiri ki, iş üzrə toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilir.
Cinayət işi Bakı Hərbi Məhkəməsində araşdırılacaq.
Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı iş üzrə cinayət əməlində şübhəli bilinən Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən, general-mayor Bəkir Orucov ötən il həbs olunub.
Ona qarşı Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Digər xəbərlər