Ermənistanda 2 hərbçi qar uçqunu nəticəsində ölüb.
Qarabaginfo.az xəbər verir ki, Ermənistan MN-in məlumatına görə, hadisə Xnatsax kəndi (Xanazax, Gorus rayonunda kənd - red.) yaxınlığında olub.
Məlumata görə, daha iki hərbçi yaralı vəziyyətdə qarnizon hospitalına çatdırılıb.
Qeyd edək ki, Ermənistan ordusunun daha bir hərbi qulluqçusu fevral ayının 19-da naməlum şəkildə aldığı güllə yarasından ölmüşdü.
"Uaz" markalı avtomobili dərəyə yuvarlanıb, nəticədə müqaviləli hərbi qulluqçular Zorand Hranti Arzumanyan və Zorak Samveli Yeranosyan ölüblər.