Saytımızı qiymətləndirin


 
 

Daha bir uşaq qızılcadan öldü - 4 yaşı var idi...
Tarix: 15-12-2023 | Saat: 09:56
Bölmə:Karusel / Gündəm | çapa göndər

Daha bir uşaq qızılcadan öldü - 4 yaşı var idi...

Azərbaycanda daha bir azyaşlı qızılcadan ölüb.

 

Qarabaqinfo.az  xəbər verirki ki, 4 yaşlı uşaq Şəmkirdə dünyasını dəyişib.

 

Məlumata görə, qızılcaya yoluxan rayon sakini, 2019-cu il təvəllüdlü H. Allahyarovun vəziyyəti ağırlaşıb, o, Gəncə şəhərinə gətirilən zaman yolda ölüb.

 

Fakla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

 

Qeyd edək ki, Son günlər ölkənin müxtəlif yerlərində qızılcaya kütləvi yoluxma halları baş verməkdədir. Qızılcaya yoluxan bir neçə azyaşlı vəfat edib.

 

Belə ki, noyabrın 29-da Qaradağ rayonu Qobustan qəsəbəsində yaşayan 9 yaşlı Rinat Cahangirli, noyabrın 23-də Kürdəmir rayonunda Rüfət Qəribli, dekabrın 1-i Sabirabadda 1 yaşlı uşaq, dekabrın 2-də Qobustanda iki yaşlı Baxışlı Elmir Elbrus oğlu, dekabrın 5-i Neftçala rayonunun Aşağı Surra kəndində 2013-cü il təvəllüdlü Əliyeva Samirə Elxan qızı, dekabrın 13-ü Şirvan sakini, 2011-ci il təvəllüdlü Şahbazzadə Ömər Kürdoğlu oğlu qızılcadan dünyasını dəyişib. 



Xəbəri paylaş

153 dəfə oxunub.

Digər xəbərlər