Ermənistanda 2 hərbçi qar uçqunu nəticəsində ölüb. 

Qarabaginfo.az xəbər verir ki, Ermənistan MN-in məlumatına görə, hadisə Xnatsax kəndi (Xanazax, Gorus rayonunda kənd - red.) yaxınlığında olub. 

Məlumata görə, daha iki hərbçi yaralı vəziyyətdə qarnizon hospitalına çatdırılıb. 

Qeyd edək ki, Ermənistan ordusunun daha bir hərbi qulluqçusu fevral ayının 19-da naməlum şəkildə aldığı güllə yarasından ölmüşdü. 

"Uaz" markalı avtomobili dərəyə yuvarlanıb, nəticədə müqaviləli hərbi qulluqçular Zorand Hranti Arzumanyan və Zorak Samveli Yeranosyan ölüblər.