Şuşaya çəkilən yeni avtomobil yolu ödənişli olacaq.
Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.
O bildirib ki, Əhmədbəyli-Füzuli-Şuşa yolu Şuşaya çəkilən Zəfər yolundan 20 kilometr qısadır.
“Həmin yol pullu olacaq. Xarici turistlərin gələcəkdə Şuşaya axını çox olacaq. Ona görə də bu yolu ödənişli edəcəyik ki, yoldan yığılan vəsait yolun saxlanılmasında istifadə olunsun", - deyə S.Məmmədov vurğulayıb.