Saytımızı qiymətləndirin


 
 

“AMEA elmi tədqiqatların önündə gedə bilmədi”-SƏRT İRADLAR
Tarix: 13-02-2023 | Saat: 17:28
Bölmə:Karusel / Təhsil | çapa göndər

“AMEA elmi tədqiqatların önündə gedə bilmədi”-SƏRT İRADLAR

 

Çağdaş elmi müəssisələrin əsas işi əmək bazarının tələblərinə cavab verən tədqiqatyönümlü işlər görməkdir. Amma hazırda fəaliyyət göstərən yerli elmi institut, elmi mərkəz və cəmiyyətlərin fəaliyyəti ilə bağlı fikirlər birmənalı deyil.

 

Qardaş Türkiyədə son yaşanan hadisələr də göstərdi ki, elmi institutlar bütün ölkələrdə insanların  həyatı ilə bağlı məsələlərdə  önəmli yer tuturlar.

 

Qarabaginfo.az xəbər verir ki, əməkdar elm xadimi, professor Şahlar Əsgərov Moderator.az-a açıqlamasında AMEA-da yeniliklərin mütləq şəkildə həyata keçməli olduğunu bildirib:

 

“Biz 70 il inzibati idarəetmədə yaşadıq. Bu gün isə demokratik, liberal idarəetmədir. Bunlar bir-birindən çox fərqli, əks üsullardır.

Keçmişdə yuxarılar aşağıda hər şey nizam olmasına, məktəbdə, səhiyyədə, kalxozda, savxozda və s. rüşvətin olmamasına çalışırdı.  Bu gün isə əksinə, aşağıla yuxarıda işlərin nizam olmasına çalışmalıdır. Biz  hazırda demokarik,  liberal bir quruluşda yaşayırıq. Əgər indi keçmiş təcrübə ilə işləsək, heç nə qazana bilməyəcəyik. Hazırki dövrün öz qanunauyğunluqları olmalıdır.

 

Bir çox sahədə olduğu kimi, Azərbaycan Milli Elmlər Akademiyasında da yenilənmələr olmalıdır. Bu yaxınlarda prezident İlham Əliyevin fərmanı ilə AMEA-da böyük dəyişikliklər getdi. Dəyişiklik gedirsə, deməli, yeniliklərə ehtiyac var. Əks halda, belə bir fərman verilməzdi”.

 

“Elmi tədqiqat müəssisələrimizin böyük əksəriyyəti köhnəlmiş, ölkə üçün strateji əhəmiyyəti kəsb etməyən eyni mövzular istiqamətində  tədqiqatlar aparırlar”

 

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov da bu sahədə olan gerilikdən və təcili görülməli olan  işlərdən söz açıb:

 

“İstənilən sahədə elmi yanaşma olmalıdır. Əks halda, sonrakı məqamlarda kifayət qədər qüsurların olmasına gətirib çıxarır. Elmi tədqiqatın nəticələrinə söykənən qərarlar dayanıqlı olmalıdır. Hazırda dünya artıq IV sənaye inqilabı dövrünə qədəm qoyur.

 

Xarici alimlər elmi tədqiqat institutları, mərkəzlərdən,  elmi cəmiyyət və  dövlət qurumlardan sifarişlər alır və bunun əsasında fəaliyyət göstərirlər. Bizdə belə sifarişlərin əksəriyyəti xüsusi görüntü xətrinə edilir.

 

Burada elmi tədqiqat mərkəzləri, institutlarının kifayət qədər günahı var.  Ölkə başçımız dəfələrlə qeyd edib ki, biz inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə etməliyik. Həmin ölkələrdə inkişafın lokomotivi rolunda elmi tədqiqatlar dayanır.

 

Bu gün elmi tədqiqat insitutlarının  ardıcıl, davamlı fəaliyyətini, bu və ya digər məslələrlə bağlı yanaşmalarını həqiqətən görmürük.  Elmi tədqiqat müəssisələrimizin böyük əksəriyyəti köhnəlmiş, ölkə üçün strateji əhəmiyyəti kəsb etməyən eyni mövular istiqamətində  tədqiqatlar aparırlar .

 

Dövlət elmi tədqiqatlara vəsait ayırır. Alimlərimiz hər zaman əmək haqqılarının, həmçinin onlara göstərilən qayğının aşağı olmasından gileylənirlər. Bu zaman sual olunur, bəs siz ortaya nə qoyursunuz?  AMEA uzun illər  ölkədə elmi texniki siyasəti həyəta keçirən əsas dövlət qurumu olub. Amma bu işlərin önündə təəssüf ki, gedə bilməyib.  Azərbaycanda kifayət qədər yaxşı alimlər var. Amma onları səfərbər edə, ümumi inkişafla bağlı işlərə yönəldə bilmirdilər.

 

Elmi tədqiqat institutları, elmi mərkəzlərin rəyini almaq,  onlarla məsləhətləşmək olduqca vacibdir. İstəyimiz bütün sahələrdə elmi yanaşmanın olmasıdır. Bizim elmi mərkəzlərimiz institutlarımız bu məsələdə daha istəkli olmalıdırlar. Bu və ya digər islahatlar keçirilərkən, müvafiq qərarlar qəbul edilən zaman mütləq şəkildə maraqlı olmalıdırlar”.



Xəbəri paylaş

1123 dəfə oxunub.

Digər xəbərlər