Saytımızı qiymətləndirin


 
 

Azərbaycan sahibkarları Pakistana səfər edəcək
Tarix: 10-03-2022 | Saat: 12:26
Bölmə:Karusel / Dünya | çapa göndər

Azərbaycan sahibkarları Pakistana səfər edəcək

Azərbaycan sahibkarlardan ibarət nümayəndə heyəti Pakistana səfər edəcək.

Qarabaginfo.az xəbər verir ki, bunu Bakıda təşkil olunan Pakistanın düyü dequstasiya festivalında çıxış edən Azərbaycanın iqtisadiyyat nazirinin müşaviri Məsim Məmmədov deyib.

Onun sözlərinə görə, səfərin təşkilinə dair razılıq ötən ilin payızında əldə olunub.

"Səfər çərçivəsində ərzaq məhsullarının qarşılıqlı idxal-ixrac məsələləri müzakirə olunacaq. Biz ticarət coğrafiyasını genişləndirilməsində, xüsusilə Azərbaycanda istehsal olunan ərzaq məhsullarının, meyvə-tərəvəz, meyvə şirələri, mineral sular, konservləşdirilmiş məhsulları Pakistan bazarına ixrac etməkdə maraqlıyıq", - deyə M. Məmmədov qeyd edib.

O həmçinin əlavə edib ki, səfər zamanı logistika yollarının necə təşkil olunması da müzakirə olunacaq.

"Bildiyiniz kimi, coğrafi baxımdan işlənmiş logistikanın olmaması səbəbindən yeni imkanlar axtarmaq məcburiyyətindəyik. Pakistandan Azərbaycana gedən yol İran üzərindən keçdiyinə görə əlavə operatorların bu məsələyə cəlb edilməsində maraqlıyıq", - deyə M. Məmmədov əlavə edib.



Xəbəri paylaş

1253 dəfə oxunub.

Digər xəbərlər