Saytımızı qiymətləndirin


 
 

Özümüzə tuşlanan “Kalaşnikov“lar: Əhalidə bu qədər silah haradandır?
Tarix: 13-02-2023 | Saat: 14:20
Bölmə:Karusel / Sosial | çapa göndər

Özümüzə tuşlanan “Kalaşnikov“lar: Əhalidə bu qədər silah haradandır?

“Əslində, mülki əhalidən silahların tapılmasının yeganə səbəbi 2 müharibədən – Birinci və İkinci Qarabağ müharibələrindən keçməyimizdir”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Elxan Şıxəliyev deyib.

O, kriminial xronikalarda DİN əməkdaşlarının mülki əhalidə tez-tez aşkar edilən və sonradan müsadirə olunan odlu silahlara dair danışıb.

Nazirliyin gündəlik məlumatlarında xeyli sayda “Kalaşnikov” avtomatı və “Makarov” markalı tapançalarının müsadirə olunduğu qeyd edilir.

Hərbi ekspertin sözlərinə görə, xüsusən, Birinci Qarabağ müharibəsi dövründə silahlara nəzarət yox dərəcəsində idi:

“Könüllü dəstələrdə iştirak edənlər müharibədən qayıdanda çox vaxt silahlarını özləriylə gətirirdilər. Sonrakı dövrdə qanunlar sərtləşdiriləndə kimin əlində nə silah var idisə, onu dövlətə təhvil verdi, bəziləri isə qorxub gizlətdilər.

44 günlük müharibə nəzarətli oldu. Yəni silahlar təhvil verildi. Ona görə də indi mülki əhalidə aşkarlanan silahlar, əslində, yalnız Birinci Qarabağ müharibəsi ilə bağlıdır”.

E. Şıxəliyev düşünür ki, bu tendensiya son dövrlər kütləviləşməyib:

“Zaman-zaman bu kimi faktlar ortaya çıxır. Bəzi cinayətkar qruplar var ki, hüquq-mühafizə orqanlarının nəzarətindən yayına bilib. 

İstənilən halda mülki vətəndaşda silah varsa, onun sabah digər bir vətəndaşa qarşı istifadə olunacağını istisna deyil. Odur ki, onların tapılıb müsadirəsi prosesi həyata keçirilməlidir”.



Xəbəri paylaş

1134 dəfə oxunub.

Digər xəbərlər