Tarix: 06-01-2022 | Saat: 17:41
Bölmə:Karusel / Region | çapa göndər
Qırğızıstan Prezidenti Sadır Japarov Qazaxıstandakı iğtişaşlar fonunda ölkə parlamentinə müraciət edib.
Qarabaginfo.az xəbər verir ki, o, “Facebook” səhifəsindən deputatlara müraciət edib.
S. Japarov qanunverici orqanı Qazaxıstana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı kontingenti çərçivəsində qırğızıstanlı hərbçilərin göndərilməsinə mane olmamağa çağırıb.
“Biz hərbçilərimizi mitinq edən qazaxıstanlı qardaşlarımıza atəş açmağa göndərmirik. Əminəm ki, öz xalqına atəş açmayan hərbçilərimiz qardaş qazaxlara da atəş açmayacaq. Əksinə, biz onları ora stabilliyi möhkəmləndirməyə göndəririk”, - Qırğız dövlət başçısı qeyd edib.
Qeyd edək ki, ölkə parlamenti Qırğızıstan hərbçilərinin Qazaxıstana göndərilməsi məsələsini bu gün gözdən keçirməli olsa da, kvorum olmadığından iclas sabah günortaya qədər təxirə salınıb.
Xatırladaq ki, bu ilin əvvəlindən Qazaxıstanda baş vermiş hadisələrlə əlaqədar olaraq KTMT-nın Katibliyi adıçəkilən ölkəyə təşkilata üzv dövlətlər - Rusiya, Belarus, Ermənistan, Tacikistan və Qırğızıstan hərbçilərindən ibarət sülhməramlı kontingentin göndəriləcəyini açıqlayıb.
Digər xəbərlər