Rusiya hərbçiləri Laçındakı ermənilərlə birgə Yeni il şənliyi keçirdi... - FOTOLAR
Tarix: 30-12-2021 | Saat: 20:19
Bölmə:Karusel / Qarabağ | çapa göndər
1528 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 30-12-2021 | Saat: 20:19
Bölmə:Karusel / Qarabağ | çapa göndər

2020-ci ilin noyabrından bəri Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin 5 illik(!) nəzarətində qalan Laçın rayonunun mərkəzində 1992-ci ildən bu yana qanunsuz məskunlaşmış ermənilər Yeni il bayramı münasibəti ilə tədbir keçiriblər.

Qarabaginfo.az xəbər verir ki, Ermənistanın “Panorama” nəşrinin yazdığına görə, Rusiya hərbçilərinin təşkilatçılığıyla keçirilən tədbirə Laçın şəhərində faktiki sülənməkdə davam edən 200-ə yaxın erməni qatılıb.

“Laçın dəhlizi” deyilən əraziyə daxil olan Zabux kəndindəki ermənilərdən də tədbirə qatılan olub. Rusiya hərbçiləri, “Erməni xeyriyyə itiffaqı” və Xankəndindəki separatçı-terrorçu rejimin qanunsuz “elm və təhsil nazirliyi” adından Laçındakı erməni uşaqlarına hədiyyələr verilib. Laçının girişində Yeni il küknarı qurulub və Rusiya bayrağıyla yanaşı separatçı-terrorçu rejimin əski parçası da asılıb.
Laçında sülənən Artur Avetisyan erməni jurnalistlərinə açıqlamasında bildirib ki, guya 2020-ci ilin 44 günlük savaşınadək Laçın rayon mərkəzində 3 minə yaxın erməni yaşayıb, indi isə yalnız 200-ü qalıb.

Xatırladaq ki, 10 noyabr üçtərəfli razılaşmasından bəri keçən bir ildən çox müddətdə Rusiyanın Müdafiə Nazirliyi bir neçə dəfə özünün rəsmi saytındakı Azərbaycan torpağındakı "sülhməramlı" kontingentinə aid bölmədə Laçın rayonunu "Dağlıq Qarabağın Laçın rayonu" kimi təqdim edib, Rusiya hərbçiləri Laçın şəhəri və rayonun Zabux kəndində qanunsuz məskunlaşmış hayları "yerli sakinlər" adlandıraraq onlara yardım ediblər... Bu haqda müstəqil(!) Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət etsək də, heç bir açıqlama və rəsmi reaksiya verilməyib...
(Moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
14-06-2021, 15:25
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların YENİ SİYAHISI
23-01-2024, 16:23
Tramp qayıtsa belə, ABŞ-Rusiya münasibətləri düzəlməyəcək - Lavrov
4-04-2023, 10:05
AİB: Azərbaycanda inflyasiya azalacaq
10-06-2022, 06:10
Almaniya Ukraynaya 3,5 milyon avroya qədər vəsait verəcək
28-04-2022, 10:31
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
23-04-2026, 08:13
İranın üç neft tankerini ələ keçirdilər
1-05-2026, 16:00
Ölkədə pul bazası 23,3 milyard manat təşkil edib
17-05-2022, 17:42
Bayden İsveç və Finlandiya rəhbərlərini Ağ evə çağırdı
3-03-2022, 08:57
Zelenski əməliyyatları Vətən Müharibəsi adlandıraraq rus hərbçilərə xəbərdarlıq edib
6-10-2024, 18:32
“Dünya ABŞ-yə gülür” - Tramp

















