Ana Sayfa > Karusel / Qarabağ > Rusiya hərbçiləri Laçındakı ermənilərlə birgə Yeni il şənliyi keçirdi... - FOTOLAR

Rusiya hərbçiləri Laçındakı ermənilərlə birgə Yeni il şənliyi keçirdi... - FOTOLAR


30-12-2021, 20:19. Yazar: Admin
Rusiya hərbçiləri Laçındakı ermənilərlə birgə Yeni il şənliyi keçirdi... - FOTOLAR
2020-ci ilin noyabrından bəri  Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin 5 illik(!) nəzarətində qalan Laçın rayonunun mərkəzində 1992-ci ildən bu yana qanunsuz məskunlaşmış ermənilər Yeni il bayramı münasibəti ilə tədbir keçiriblər.
Qarabaginfo.az xəbər verir ki, Ermənistanın “Panorama” nəşrinin  yazdığına görə, Rusiya hərbçilərinin təşkilatçılığıyla keçirilən tədbirə Laçın şəhərində faktiki sülənməkdə davam edən 200-ə yaxın erməni qatılıb.
“Laçın dəhlizi” deyilən əraziyə daxil olan Zabux kəndindəki ermənilərdən də  tədbirə qatılan olub. Rusiya hərbçiləri, “Erməni xeyriyyə itiffaqı” və Xankəndindəki separatçı-terrorçu rejimin qanunsuz “elm və təhsil nazirliyi” adından Laçındakı erməni uşaqlarına hədiyyələr verilib. Laçının girişində Yeni il küknarı qurulub və Rusiya bayrağıyla yanaşı  separatçı-terrorçu rejimin əski parçası da asılıb.
 
Laçında sülənən Artur Avetisyan  erməni jurnalistlərinə açıqlamasında bildirib ki, guya 2020-ci ilin 44  günlük savaşınadək Laçın rayon mərkəzində 3 minə yaxın erməni yaşayıb, indi isə yalnız 200-ü qalıb.
Xatırladaq ki, 10 noyabr üçtərəfli razılaşmasından bəri keçən bir ildən çox müddətdə Rusiyanın Müdafiə Nazirliyi bir neçə dəfə özünün rəsmi saytındakı Azərbaycan torpağındakı  "sülhməramlı" kontingentinə aid bölmədə Laçın rayonunu  "Dağlıq Qarabağın Laçın rayonu" kimi təqdim edib, Rusiya hərbçiləri Laçın şəhəri və  rayonun Zabux kəndində qanunsuz məskunlaşmış hayları "yerli sakinlər" adlandıraraq onlara yardım ediblər... Bu haqda müstəqil(!) Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət etsək də, heç bir açıqlama və rəsmi reaksiya verilməyib...
(Moderator.az)
 

Geri dön