Saytımızı qiymətləndirin


 
 

Prezident: Mingəçevir Elektrik Stansiyasının 8 bloku qısa müddət ərzində yenidən qurulub
Tarix: 13-02-2023 | Saat: 11:55
Bölmə:Karusel / Siyasət / İqtisadiyyat | çapa göndər

Prezident: Mingəçevir Elektrik Stansiyasının 8 bloku qısa müddət ərzində yenidən qurulub

İllər keçdikcə istənilən infrastruktur köhnəlir, o cümlədən Mingəçevir Elektrik Stansiyasının yenidən qurulması prioritet məsələlərdən biri idi və mənim göstərişimlə 2018-ci ildə stansiyanın tamamilə yenidən qurulması prosesi başlamışdır.

Qarabaginfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində deyib.

Qısa müddət ərzində artıq 8 blokun tamamilə yenidən qurulduğunu və istifadəyə verildiyini diqqətə çatdıran dövlət başçısı deyib: “Beləliklə, 2020-ci ildə stansiya, necə deyərlər, öz əzəli gücü ilə yenidən işləməyə başlamış və 2400 meqavat generasiya gücünə malik olmuşdur. Onu da bildirməliyəm ki, bərpa-yenidənqurma işləri nəticəsində təqribən 600 meqavatdan çox itirilmiş güclər bərpa edildi və bu da özlüyündə yeni bir böyük stansiyanın tikintisi deməkdir”.



Xəbəri paylaş

1105 dəfə oxunub.

Digər xəbərlər