Saytımızı qiymətləndirin


 
 

170 saat sonra daha bir nəfər xilas edildi
Tarix: 13-02-2023 | Saat: 10:07
Bölmə:Karusel / Region | çapa göndər

170 saat sonra daha bir nəfər xilas edildi

Türkiyədə zəlzələdən 170 saat sonra daha bir nəfər xilas edilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə TRT1 telekanalında canlı yayımda bildirilib. Məlumata görə, Qaziantep vilayətinin İslahiyə rayonunda dağıntılar altında 170 saat qalmış 40 yaşlı Sibel Kaya xilas edilib.

Zəlzələ bölgəsində xilasetmə işləri davam etdirilir.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.



Xəbəri paylaş

1116 dəfə oxunub.

Digər xəbərlər