Saytımızı qiymətləndirin


 
 

Türkiyədə zəlzələdə həlak olan dörd azərbaycanlının cənazəsi Vətənə gətiriləcək
Tarix: 10-02-2023 | Saat: 22:44
Bölmə:Karusel / Manşet | çapa göndər

Türkiyədə zəlzələdə həlak olan dörd azərbaycanlının cənazəsi Vətənə gətiriləcək

Türkiyədə baş verən zəlzələdə həlak olan 4 nəfərin cənazəsi Azərbaycana gətiriləcək.

Qarabaginfo.az xəbər verir ki, bu, XİN-in Türkiyədə zəlzələdən zərər çəkmiş vətəndaşların təxliyəsi və həlak olmuş Azərbaycan Respublikası vətəndaşları barədə mətbuat məlumatında qeyd edilib.

Bildirilib ki, vəfat etmiş Karlı Leyla Vahid qızının cənazəsi ailəsi tərəfindən Türkiyədə dəfn ediləcək. Digər 4 nəfərin cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Qeyd edək ki, zəlzələ nəticəsində bu günə qədər 5 nəfər Azərbaycan Respublikası vətəndaşının – 1980-ci il təvəllüdlü Bünyatova Nailə Aydın qızı, 1973-cü il təvəllüdlü Məmmədova (Ökten) Rəna Xudaverdi qızı, 1975-ci il təvəllüdlü Məmmədova Sevinc Eldar qızı, 1976-cı il təvəllüdlü Karlı Leyla Vahid qızının və 1974-cü il təvəllüdlü Həsənzadə İlahə Hüseynağa qızının vəfatı barədə məlumat əldə olunub.



Xəbəri paylaş

1114 dəfə oxunub.

Digər xəbərlər