Saytımızı qiymətləndirin


 
 

ETSN polietilen torbaların ödənişli olması məsələsinə aydınlıq gətirib
Tarix: 10-02-2023 | Saat: 18:00
Bölmə:Karusel / Sosial | çapa göndər

ETSN polietilen torbaların ödənişli olması məsələsinə aydınlıq gətirib

“Biz düşünürük ki, polietilen torbaların ödənişli olması onlardan istifadəni azaldacaq”.

Qarabaginfo.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə deyib.

Onun sözlərinə görə, bu məsələdə beynəlxalq təcrübədən yola çıxılıb.

Polietilen torbaların ödənişli olması 2021-ci il iyulun 1-dən nəzərdə tutulmuşdu:

“Polietilen torbaların ödənişli olması ilə bağlı qərar bir müddət bundan əvvəl verilib. Qərara əsasən, 2021-ci il iyul ayının 1-dən polietilen torbaların ödənişli olması nəzərdə tutulsa da, təəssüf ki, bu günə kimi müvafiq qurumlar tərəfindən bu qərara riayət edilmir. Lakin biz düşünürük ki, tez bir zamanda buna başlanılacaq. Amma bunun nə zaman başlaması ilə bağlı məsələ ETSN-nin səlahiyyətində deyil”.



Xəbəri paylaş

1129 dəfə oxunub.

Digər xəbərlər