Saytımızı qiymətləndirin


 
 

“Tərtər işi” ilə bağlı həbs olunan 4 nəfərin məhkəməsi başlayır –POLKOVNİK VƏ POLKOVNİK-LEYTENANT HAKİM QARŞISINDA
Tarix: 10-02-2023 | Saat: 16:03
Bölmə:Karusel / Kriminal | çapa göndər

“Tərtər işi” ilə bağlı ittiham olunan 4 nəfər-Vüsal Ələsgərov, Rəşid Niftəliyev, Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Toplanmış materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Məhkəmənin hazırlıq iclasının yaxın günlərdə keçiriləcəyi gözlənilir.

İttiham olunan Vüsal Ələsgərov polkovnik, Rəşid Niftəliyev isə polkovnik-leytenantdır.

Məlumatı Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya təsdiq ediblər.

O da qeyd olunub ki, həmin iş üzrə istintaq davam edir.



Xəbəri paylaş

1120 dəfə oxunub.

Digər xəbərlər