“Ağıllı kənddə hələ müəyyən işlər gedir və buna görə də gözləmək lazımdır. İstəyirlər ki, birdən-birə oranı Nyu-York, yaxud Bakı eləsinlər? Yavaş-yavaş evlər, məktəb, uşaq baxçası tikilir, həyətyanı sahələr salınır. İndi orada bəzi nöqsanlar varsa, aradan qaldırılacaq.”
Qarabaginfo.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.
Deputat qeyd edib ki, Ağıllı kəndə hələ 30 ailə köçürülüb buna görə də tələsmək lazım deyil:
“Ora köç edən ailələrin sayı artdıqca qaz da çəkiləcək, günəş panelləri də quraşdırılacaq. Belə qalmayacaq ki! Ümumiyyətlə, o kənddə əvvəllər nə yandırıblar ki?! Əvvəllər də odundan istifadə ediblər də. Birdən-birə hər şey komfortlu, gözəl olmur ki. Bir az gözləmək lazımdır. Zarafatla da həmişə deyirəm ki, indiyə qədər kəndlərimiz dəli idilər ki? İş gedir, tələsmək lazım deyil. Dövlət tezliklə qalan məsələləri də həll edəcək…”