Saytımızı qiymətləndirin


 
 

Ermənistan tezliklə Təbrizdə konsulluq açmalıdır - İranlı səfir
Tarix: 09-02-2023 | Saat: 15:16
Bölmə:Karusel | çapa göndər

Ermənistan tezliklə Təbrizdə konsulluq açmalıdır - İranlı səfir

 

Tezliklə İranda Ermənistanın baş konsulluğu açılmalıdır.

Qarabaginfo.az xəbər verir ki, bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşan Zohuri fevralın 9-da “Ermənistan-İran münasibətləri ortaq maraqlar kontekstində” mövzusunda müzakirə zamanı deyib.

Qeyd edək ki, söhbət Ermənistanın Təbrizdə diplomatik nümayəndəlik açmaq planlarından gedir.

Səfir ekspertlər səviyyəsində qaldırılan məsələlərin tələbə çevrilməli, iki ölkənin və xalqların mənafeyinə uyğun gündəm formalaşdırılmalı olduğuna əminliyini bildirib.

“İki ölkənin liderləri hadisələri diqqətlə izləyirlər. Hər iki ölkənin xüsusi gündəliyi olmalıdır. Biz qonşuyuq və bundan sonra da qonşu kimi qalacağıq”, - deyə səfir vurğulayıb.

O, İranın Ermənistanın Qafan şəhərində Baş Konsulluğunun açılmasını nümunəvi addım adlandırıb.

Xatırladaq ki, İranın Qafandakı Baş Konsulluğu 2022-ci ilin oktyabrında açılıb.



Xəbəri paylaş

107 dəfə oxunub.

Digər xəbərlər