Ana Sayfa > Karusel > Ermənistan tezliklə Təbrizdə konsulluq açmalıdır - İranlı səfir
Ermənistan tezliklə Təbrizdə konsulluq açmalıdır - İranlı səfir9-02-2023, 15:16. Yazar: Admin |
Tezliklə İranda Ermənistanın baş konsulluğu açılmalıdır. Qeyd edək ki, söhbət Ermənistanın Təbrizdə diplomatik nümayəndəlik açmaq planlarından gedir. Səfir ekspertlər səviyyəsində qaldırılan məsələlərin tələbə çevrilməli, iki ölkənin və xalqların mənafeyinə uyğun gündəm formalaşdırılmalı olduğuna əminliyini bildirib. “İki ölkənin liderləri hadisələri diqqətlə izləyirlər. Hər iki ölkənin xüsusi gündəliyi olmalıdır. Biz qonşuyuq və bundan sonra da qonşu kimi qalacağıq”, - deyə səfir vurğulayıb. O, İranın Ermənistanın Qafan şəhərində Baş Konsulluğunun açılmasını nümunəvi addım adlandırıb. Xatırladaq ki, İranın Qafandakı Baş Konsulluğu 2022-ci ilin oktyabrında açılıb. Geri dön |