Saytımızı qiymətləndirin


 
 

Türkiyə Ermənistan-Azərbaycan prosesində konstruktiv rol oynaya bilər - Erməni nazir müavini
Tarix: 30-01-2024 | Saat: 14:41
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Türkiyə Ermənistan-Azərbaycan prosesində konstruktiv rol oynaya bilər - Erməni nazir müavini

Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Türkiyə parlamentinin Milli Müdafiə Komissiyasının sədri Hulusi Akarın Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi ilə bağlı bəyanatına cavab verib.

 

Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra jurnalistlərə açıqlama verən Hulusi Akar deyib ki, “Ermənistan Azərbaycanın uzatdığı sülh əlini tez bir zamanda sıxmalıdır, əks halda 44 günlük müharibədə olduğu kimi ciddi itkilər verəcək”.


Qarabaqinfo.az xəbər verir ki, Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesində daha konstruktiv rol oynaya biləcəyini söyləyib.


Onun sözlərinə görə, Ermənistan-Türkiyə nizamlanması prosesi çərçivəsində əldə olunan razılaşmaların həyata keçirilməsi, xüsusən də üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhədlərin açılması həm Ermənistan-Türkiyə münasibətlərinə, həm də  Ermənistan-Azərbaycan nizamlanması prosesinə müsbət təsir göstərə bilər.
 

Nazir müavini qeyd edib ki, rəsmi İrəvan razılaşmaların icrası ilə bağlı Ankaranın cavabını gözləyir.

 

“Bilirsiniz ki, Ermənistan tərəfində infrastruktur tam hazırdır”, - Kostanyan əlavə edib.



Xəbəri paylaş

146 dəfə oxunub.

Digər xəbərlər