1990-1991-ci illərdə Rusiyanın (RSFSR) Nazirlər Sovetinə rəhbərlik etmiş İvan Silayev vəfat edib.

Bu barədə gazeta.ru məlumat yayıb. 

"93 yaşında Sosialist Əməyi Qəhrəmanı, Lenin mükafatı laureatı, 1970-1974-cü illərdə “Sokol” Nijni Novqorod Aviasiya Zavodunun direktoru olmuş İvan Stepanoviç Silayev dünyasını dəyişib",-  KİV qeyd edib.