Saytımızı qiymətləndirin


 
 

Milli Məclis vakant vəzifələrə işçi axtarır - Müsabiqə elan edildi
Tarix: 04-02-2023 | Saat: 11:41
Bölmə:Karusel | çapa göndər

Milli Məclis vakant vəzifələrə işçi axtarır - Müsabiqə elan edildi

 

Milli Məclisin Aparatı hüquqşünas ixtisası üzrə vakant vəzifələrə dövlət qulluğuna qəbulla əlaqədar müsabiqə elan edir.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Qarabaginfo.az-a bildirilib ki, müsabiqə iki mərhələdən – yazılı imtahan və müsahibədən ibarət olacaqdır.


Müsabiqənin yazılı imtahan mərhələsində iddiaçıların nəzəri bilikləri və Azərbaycan Respublikasının qanunvericiliyinə bələdliyi yoxlanılacaq.
 

Müsahibə mərhələsində namizədlərin hüquq sahələrinə, o cümlədən konstitusiya, cinayət, inzibati, mülki, vergi, maliyyə, əmək və sosial təminat hüququna aid bilik səviyyəsi, hüquq normalarının mənasını aydınlaşdırmaq və fikirlərini səlis ifadə etmək bacarığı, məntiqi nəticələr çıxarmaq qabiliyyəti, ümumi dünyagörüşü müəyyən olunacaq.
 

Maraqlanan şəxslər öz tərcümeyi-hallarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Sənəd qəbulu 2023-cü il martın 3-dək davam edəcək. Normayaratma fəaliyyəti sahəsində təcrübəsi olan şəxslərə müsabiqədə üstünlük veriləcək.



Xəbəri paylaş

157 dəfə oxunub.

Digər xəbərlər