Tarix: 27-09-2023 | Saat: 11:47
Bölmə:Karusel / Dünya | çapa göndər
Ötən həftə Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının illik yüksək səviyyəli iclasında 130 dünya lideri və 50-dən çox nazir çıxış edib.
Qarabaginfo.az "Reuters"ə istinadən xəbər verir ki, kürsüdə dayananların 12%-dən azını qadınlar təşkil edib.
6 gün davam edən iclasda yalnız 4 ölkə - Niger, Myanma, Əfqanıstan və Madaqaskar nümayəndələri çıxış etməyib. Ümumilikdə 189 üzv ölkədən çıxış edən 88 dövlət başçısı və 42 hökumət başçısı iştirak edib. Qalan natiqlər 6 səfirlə yanaşı, ikinci şəxslər və nazirlərdən ibarət olub.
Çıxışçılardan yalnız 21 nəfəri qadın olub ki, 6-sı dövlət başçısı, 4-ü hökumət başçısı, 1-i vitse-prezident, 9-u nazir və 1-i nazir müavini olub. CAR-ın Nazirlər Kabinetinin 50%-ni qadınların təşkil etdiyi və Nyu-Yorka tamamilə qadınlardan ibarət bir nümayəndə heyəti ilə gəlməsi barədə məlumatın səslənməsi alqışlarla qarşılanıb.
BMT-nin məlumatlarına görə, Birləşmiş Millətlər Təşkilatı daxilində baş katibin müavinləri arasında gender bərabərliyi mövcuddur. Bütün BMT sistemində qadınlar əməkdaşların 44%-ni təşkil edir. Ən uzun nitq 38 dəqiqə ilə Burkina Faso, ən qısası isə təxminən 10 dəqiqə ilə Ruanda nümayəndəsi tərəfindən edilib. 2021-ci ildə yüksək səviyyəli Baş Assambleyada 190 ölkə COVID-19 pandemiyası haqqında danışsa da, bu il yalnız 40-a yaxın ölkə mövzuya toxunub.(modern.az)
Digər xəbərlər