Saytımızı qiymətləndirin


 
 

Məleykə Abbaszadə: Buraxılış imtahanlarını kompüterlə keçirmək gələcək 5 ildə mümkün olmayacaq
Tarix: 02-02-2023 | Saat: 11:18
Bölmə:Karusel | çapa göndər

 

Məleykə Abbaszadə: Buraxılış imtahanlarını kompüterlə keçirmək gələcək 5 ildə mümkün olmayacaq

Bu ilin sonuna qədər bütün dövlət qulluğu imtahanlarını kompüter əsasında keçirməyi planlaşdırırıq.

Qarabaginfo.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Məleykə Abbaszadə bu sistemi yavaş-yavaş digər imtahanlara da aid etmək istədiklərini deyib:

"Siz bilirsiniz ki, bizdə müəyyən imtahanlar kompüter əsasında aparılır. Amma dediyim kimi, ilin sonuna doğru bütün dövlət qulluğu imtahanlarını kompüter əsasında keçirməyi planlaşdırırıq. Bundan sonra ardıcıllıqla digər kütləvi imtahanları da kompüter əsasında keçirəcəyik. Buraxılış imtahanları isə çox kütləvi imtahandır. Burada 130 mindən çox abituriyent iştirak edir, ona görə o imtahanları kompüterlə keçirmək gələcək 5 ildə mümkün olmayacaq".



Xəbəri paylaş

109 dəfə oxunub.

Digər xəbərlər