Tarix: 31-01-2023 | Saat: 12:35
Bölmə:Karusel | çapa göndər
İrana dron zərbələrinin endirilməsindən sonra İsrail mümkün cavab zərbələrinə qarşı hazırlıq tədbirləri görməyə başlayıb.
Qarabaginfo.az xəbər verir ki, bunu "The Times of Israel" nəşri yazıb.
Bildirilib ki, rəsmi Tehran zərbələrə görə İsraili günahlandırdığı üçün hazırda cavab zərbələrinin endirilməsi ehtimalları qiymətləndirilir və preventiv tədbirlər həyata keçirilir.
Həmçinin İranın digər ölkələrdəki İsrail vətəndaşlarını hədəf almasının mümkünlüyü qeyd olunub. Belə ki, yəhudi turistlər, rəsmi şəxslər və xarici dövlətlərdə yerləşən İsrail səfirlikləri və diplomatik korpus nümayəndələrinə hücumların baş verməsi ehtimalına qarşı addımlar atılmağa başlanıb.
Qeyd edək ki, İranın İsfahan şəhərindəki hərbi zavoda və bir sıra digər regionlarındakı hərbi obyektlərə dron zərbələri endirilib. Hava hücumunun İsrail tərəfindən həyata keçirildiyi iddia olunsa da, bu barədə rəsmi açıqlama verilməyib.
Digər xəbərlər