Saytımızı qiymətləndirin


 
 

Sülhməramlıların 12 maşını Laçın yolundan keçib
Tarix: 27-01-2023 | Saat: 11:07
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 

Sülhməramlıların 12 maşını Laçın yolundan keçib

Bu gün Rusiya sülhməramlılarına məxsus 12 təminat avtomobili və bir minik maşını Laçın yolundan keçib.

 

Qarabaqinfo.az xəbər verir ki, avtomobillərin maneəsiz hərəkət etməsi üçün şərait yaradılıb.

 

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

 

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 47 gündür davam edir.

 


Xəbəri paylaş

1118 dəfə oxunub.

Digər xəbərlər