Tarix: 16-05-2021 | Saat: 18:15
Bölmə:Karusel / Region | çapa göndər
“Ermənistanın ikinci prezidenti Robert Koçaryanın növbədənkənar seçkilərdə birgə iştirakdan imtina etməsi ondan irəli gəlir ki, o, dövlətin maraqlarından çıxış etmir, yalnız Baş nazir vəzifəsini icra edən Nikol Paşinyandan qisas almaq hissi ilə alışıb yanır”.
Qarabaginfo.az APa-ya istinadən verdiyi məlumata görə, bunu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Erməni Milli Konqresinin qurultayında çıxışında deyib.
Ter-Petrosyan bildirib ki, keçmiş prezidentlər Rovert Koçaryan və Serj Sarkisyana seçkilərdə birgə iştirakla bağlı müraciətində bir şərt olub: keçmiş liderlərdən heç biri Baş nazir postuna namizəd olmayacaq.
“Bu, bir tərəfdən Nikol Paşinyanın yenidən dirçəlməsinin qarşısını alacaqdı, digər tərəfdən isə Robert Koçaryanın hakimiyyətə qayıdışını əngəlləyəkdi. Belə olan halda, Baş nazir postunu ciddi təcrübəsi və idarəçilik vərdişləri olan, texnokratlardan ibarət böhran hökuməti qurmağı bacaran şəxs tutmalıydı”, - deyə Ter-Petrosyan vurğulayıb.
L. Ter-Petrosyanın sözlərinə görə, R. Koçaryanın təklifi rədd etməsi onun Paşinyandan qisas almağa susadığını göstərir. “S. Sarkisyana gəldikdə, o, hakimiyyətə qayıtmaq istəmir, lakin partiyasının üzvlərinin parlamentə düşməsinə çalışır”, - deyə o əlavə edib.
Qeyd edək ki, L. Ter-Petrosyan R. Koçaryan və S. Sarkisyana müraciət edərək, növbədənkənar parlament seçkilərinə birgə qatılmağı təklif edib.
Lakin onlar bu təklifi qəbul etməyib, üstəlik bunu ictimailəşdirdiyi üçün L. Ter-Petrosyana etirazlarını bildiriblər.
Digər xəbərlər