Saytımızı qiymətləndirin


 
 

TƏBİB qrip vaksini vurdurmaq istəyənlərə SƏSLƏNDİ
Tarix: 26-01-2023 | Saat: 15:18
Bölmə:Karusel / Sosial | çapa göndər

TƏBİB qrip vaksini vurdurmaq istəyənlərə SƏSLƏNDİ

Bu gün “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsdə (TƏBİB) əməkdaşlar üçün vaksinasiya aparılıb.

Qarabaqinfo.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
 

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov, icraçı direktorun müavini Araz Nəsirov, struktur bölmə rəhbərləri və əməkdaşlar qripə qarşı vaksin olunublar.
 

“İnfluenza el arasında qrip olaraq tanınan xəstəlikdir. Xəstəlik özünü qızdırma, burun axması, baş və boğaz ağrıları, yorğunluq, quru öskürək kimi simptomlarla biruzə verir və adətən simptomatik müalicə olunur.

İnfluenza virusuna qarşı effektivliyi sübuta yetirilmiş vaksinlər mövcuddur və ildə bir dəfə peyvənd olmaqla yüksək risk qrupuna daxil olan şəxslərdə ağırlaşma və ölüm hallarının qarşısını almaq mümkündür”, - deyə qurum bəyan edib.
 

Hazırda TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində influenza virusuna (qrip) qarşı vaksinasiya aparılır. Səhiyyə Nazirliyi tərəfindən alınan vaksinlər Niderland istehsalıdır.
 

Ötən ilin dekabr ayının 15-dən etibarən ölkə üzrə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 20 701 nəfər qrip xəstəliyinə qarşı vaksin olunub. Bakı şəhəri üzrə bu rəqəm 4 862 nəfər təşkil edib. Şəmkir, Gəncə, Sumqayıt, Mingeçevir, Zaqatala, Göyçay, Ağdaş, Bərdə, Salyan və Tovuz rayonları vaksin olunan şəxslərin sayına görə ilk onluqda qərarlaşır. Qax, Gədəbəy və Saatlı rayonlarında vaksin olunanların sayı digər rayonlarla müqayisədə daha azdır.
 

Qripə yoluxan şəxslərə təcrid qaydalarına əməl etmələri, vəziyyətləri kəskinləşdikdə həkimə müraciət etmələri tövsiyə olunur.
 

Həssas qrupa daxil olan şəxslər isə (hamilə qadınlar, uşaqlar, xroniki xəstəliyi olanlar, yaşlılar) dərhal həkimə müraciət etməli və nəzarətdə olmalıdırlar.
 

Vaksin vurdurmaq istəyən şəxslər vaksin üçün qeydiyyatda olduqları TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinə müraciət edə bilərlər.
 

Qeyd edək ki, 2022-2023-cü il qış mövsümü üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Avropa regionunda influenza epidemiyası elan olunub. modern.az



Xəbəri paylaş

1147 dəfə oxunub.

Digər xəbərlər