Saytımızı qiymətləndirin


 
 

Odessa UNESCO-nun "Təhlükədə olan Ümumdünya İrs Siyahısı"na daxil edilib
Tarix: 25-01-2023 | Saat: 19:47
Bölmə:Karusel / Manşet | çapa göndər

Odessa UNESCO-nun "Təhlükədə olan Ümumdünya İrs Siyahısı"na daxil edilib

Ukraynanın Odessa şəhəri "Təhlükədə olan Ümumdünya İrs Siyahısı"na daxil edilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər nazirinin birinci müavini Emine Caparova "Facebook" hesabında bildirib.

Onun sözlərinə görə, bu gün UNESCO-nun Ümumdünya İrs Komitəsi 18-ci növbədənkənar sessiyası zamanı Ukraynanın “Odessa liman şəhərinin tarixi mərkəzi” dosyesinin "Təhlükədə olan Ümumdünya İrs Siyahısı"na daxil edilməsi barədə qərar qəbul edilib.

"Bundan sonra dəniz kənarındakı mirvarimizi Rusiyanın Ukraynaya qarşı dağıdıcı təcavüzündən qorumaq üçün UNESCO-nun əlavə mühafizəsini alacağıq. Bu mühüm qərardan əvvəl Ukrayna Xarici İşlər Nazirliyi, UNESCO üzrə Ukrayna Milli Komissiyası, Ukrayna Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi, Odessa Şəhər Şurası uzun və əziyyətli iş görüb.

Mən UNESCO ilə iş üzrə Milli Komissiyanın rəhbəri kimi Ümumdünya İrs Komitəsinin sədri Əlahəzrət Şahzadə Hayfa Əl Moqrinə qətiyyətli mövqeyinə və Rusiyanın sessiya zamanı Ukrayna dosyesinə baxılmasını pozmaq cəhdlərinə qarşı verdiyi cavaba görə minnətdarlığımı bildirirəm. Bu qələbə həm də bu dosyenin təbliğində və mədəni irsimizin qorunmasına dəstək verən tərəfdaşlar, xüsusən də Ukraynanın Dostları Qrupu ölkələri sayəsində mümkün olub", - Ukrayna XİN rəsmisi deyib.



Xəbəri paylaş

1140 dəfə oxunub.

Digər xəbərlər