Saytımızı qiymətləndirin


 
 

Ukraynanın müdafiə naziri korrupsiya qalmaqalının mərkəzində - ŞOK İTTİHAMLAR...
Tarix: 25-01-2023 | Saat: 13:16
Bölmə:Karusel / Region | çapa göndər

Ukraynanın müdafiə naziri korrupsiya qalmaqalının mərkəzində - ŞOK İTTİHAMLAR...
- Əsgər yeməyi ilə bağlı qalmaqal...
 
- Generatorlarla "isinmək"...
 
- Zelenski korrupsiya ilə mübarizəni bərpa edir...
 
"Reznikov ittihamları müdafiə nazirliyinə etimadın və onun beynəlxalq tərəfdaşları arasında nüfuzunun sarsılmasına yönələn böhtan kampaniyası adlandırıb..."
 
"Müharibənin başlanmasından təxminən bir il sonra Ukraynanı iki korrupsiya qalmaqalı sarsıtmaqdadır..."
 
"Diqqəti müharibəyə yönəldin, zərərçəkənlərə yardım edin, bürokratiyanı azaldın, şübhəli bizneslə məşğul olmağa son qoyun..."
 
"Hazırda Ukrayanın hər şeydə pulların yuyulması baş verən Rusiyaya bənzəmədiyini göstərmək üçün unikal imkanı var..."
 
"Kimsə iqtisadiyyatımızın 60 faizinin Avropa İttifaqından asılı olduğu müharibə zamanı milyonlarla avronu oğurlamaq istəyirsə, biz onu dayandırmalıyıq..."
 
Tammiqyaslı müharibənin başlanmasından təxminən bir il sonra Ukraynanı iki korrupsiya qalmaqalı sarsıtmaqdadır. Birində söhbət generatorların bazar qiymətindən artıq qiymətə satınalınmasından, digərində ukraynalı hərbçilər üçün ərzaq paylarının satınalınmasından gedir, həm də ikinci halda tənqid atəşi altına Ukraynanın müdafiə naziri, Ukraynanın Rusiya təcavüzünə müqavimətinin əsas nəzərəçarpan və ictimai fiqurlarından biri olan Aleksey Reznikov düşüb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Detaly" nəşri yazıb.
 
Ukraynanın Milli Antikorrupsiya Bürosu (UMAB) bəyan edib ki, hər iki iş araşdırılır.
 
"Bu həftə müvafiq qərarlar qəbul ediləcək. Mən onları elan etmək istəmirəm, amma hər şey ədalətli olacaq. Söhbət energetika və satınalınmalardan, mərkəzi hökumətlə regionlar arasında münasibətlərdən, hərbçilər üçün satınalınmalardan gedir", - Ukrayna prezidenti Vladimir Zelenski deyib.
 
Ukrayna parlamentində "Xalqın xidmətçisi" fraksiyasının rəhbəri, Zelenskinin silahdaşı David Araxamiya vəd edib ki, bəzi korrupsionerlər artıq yaxın zamanlarda həbs edilə bilər.
 
"Fevralın 24-dən bütün səviyyələrdən olan məmurlar daimi olaraq rəsmi və qeyri-rəsmi kanallarla xəbərdarlıq edir: diqqəti müharibəyə yönəldin, zərərçəkənlərə yardım edin, bürokratiyanı azaldın və şübhəli bizneslə məşğul olmağa son qoyun. Bir çoxları həqiqətən buna əməl edib, lakin təəssüf ki, bəziləri etməyib, - Araxamiya "Telegram-kanal"ında yazıb. - Əgər sivil yolla alınmasa, o zaman hər şey müharibə dövrünün qanunları ilə ediləcək. Bu, həm bu yaxınlarda generatorların satınalınmasına, həm də müdafiə nazirliyində yeni qalmaqallara aiddir.
 
Əsgər yeməyi ilə bağlı qalmaqal
 
Əsgərlər üçün ərzaq paylarının şübhəli satınalınmalarına ilk dəfə ukraynalı araşdırmaçı jurnalist və "Bizim pullar" tədqiqatlar saytının təsisçisi Yuri Nikolov diqqət çəkib və tədqiqatını "ZN.UA" saytında dərc edib.
 
"Hazırda Ukraynanın hər şeydə pulların yuyulması baş verən Rusiyaya oxşamamasını göstərmək üçün unukal imkanı var. Əgər kimsə iqtisadiyyatımızın 60 faizinin Avropa İttifaqından asılı olduğu müharibə zamanı milyonlarla avronu oğurlamaq istəyirsə, biz onu dayandırmalıyıq", - Nikolov "Politico" nəşrinə müsahibəsində deyib.
 
Onun sözlərinə görə, məqalə ödənişlər həyata keçirilməmişdən öncə şübhəli müqaviləyə diqqəti cəlb edə bilərdi. UMAB bəyan edib ki, hərbi  qidalanmanın tədarükü üzrə sövdələşmənin tədqiqatı Nikolovun öz araşdırmasını dərc etdikdən öncə başlanılıb.
 
Nikolov on ildən arıqdır ki, dövlət satınalmaları ilə bağlı korrupsiyanın tədqiqatı ilə məşğuldur. Ukraynanın bir çox jurnalistləri kimi, o, Ukrayna liderlərinə tammiqyaslı müharibə zamanı etimadın sarsılmaması üçün Ukrayna hökumətini tənqid etməkdən vaz keçib.
 
Lakin yayın sonlarından Nikolovun hökumətdəki mənbələri ona ictimaiyyətdən gizlədilən şübhəli müdafiə satınalmaları barədə məlumat verməyə başlayıb. Dekabr ayında Silahlı Qüvvələrdəki mənbələr müdafiə idarəsinin sabiq məmurları ilə bağlı firma ilə ərzaq və ictimai iaşə xidmətlərinin tədarükü üçün 13 milyard qriven (326 milyon avro) məbləğində müqaviləni ötürüb.
 
Müqaviləyə görə, Ukraynanın Poltava, Sumı, Kiyev, Jitomir, Çerniqov və Çerkassk vilayətlərində dislokasiya edilən hərbi hissələr ərzaq məhsullarını bazar qiymətlərindən iki-üç dəfə çox qiymətlərlə almalı olub. Həm də bu bölmələr təchizat yollarının təhlükəli olması səbəbindən satınalmaların həqiqətən bahalı ola biləcək cəbhə xəttindən uzaqda yerləşib.
 
Müdafiə naziri Aleksey Reznikov müdafiə ərzağının tədarük edilməsi üzrə müqaviləni şəxsən imzalamamasına rəğmən, jurnalistlər və müşahidəçilər iddia edir ki, o, tam məsuliyyət daşıyır.
 
Reznikov bu ittihamları müdafiə nazirliyinə etimadın və onun beynəlxalq tərəfdaşları arasında nüfuzunun sarsılmasına yönələn böhtan kampaniyası adlandırıb. O, açıq şəkildə Nikolovu nəticələrlə manipulyasiya etməkdə ittiham edib və parlamentarilər və hüquq-mühafizə orqanları ilə araşdırmanın gedişində əməkdaşlıq edəcəyini vəd edib.
 
Nazir iddia edir ki, Nikolovun bəzi nəticələri, məsələn, yumurtaların qiymətinin şişirdilməsi barədə məlumat, sadəcə, "yumurtanın qiymətini kq-la deyil, ədədinə görə yazmaq istəyən podratçının texniki səhvi olub". Lakin bütün əvvəlki müqavilələr göstərib ki, nazirlik həmişə yumurtaları ədədlə alıb.
 
Reznikov iddia edir ki, müdafiə nazirliyi ordunun ehtiyacları üçün ərzaq satınalınmasında rəqabət aparmağa nail olub və hazırda o, səkkiz tədarükçü ilə müqavilələr bağlayıb. Bu təsarükçülərdən və ictimai iaşə briqadalarından hər biri müəyyən hərbi hissələri cəbhədə dislokasiya edilib-edilməməsindən asılı olmayaraq qidalandırır.
 
"Hazırda bütün müqavilələr üzrə əlavə daxili yoxlamalar başa çatmaq üzrədir, hərbi hissələr kataloqla müqayisə edilir, texniki qüsurlar aradan qaldırılır, dövlət büdcəsinin yoxlanılmış parametrləri çərçivəsində tədarük üçün əlavə sazişlər hazırlanır", - Reznikov iddia edir.
 
Nazir bəyan edib ki, müqavilənin surətini jurnalistə ötürən adam cinayət törədib. Ukrayna Təhlükəsizlik Xidməti bu sızmanı və onun arxasında duran motivləri araşdıracaq.
 
Generatorlarda "isinmək"
 
Reznikov nazirliyin müqaviləsini ciddi-cəhdlə müdafiə etdiyi zamanı İcmalar, ərazi və infrastrukturun inkişafı nazirinin müavini Vasili Lozinski, demək olar ki, dərhal vəzifəsindən kənarlaşdırılıb. UMAB məlumat verib ki,  nazir müavini energetika avadanlığının şişirdilmiş qiymətə satınalmaya dəstək göstərilməsinə görən 400 min ABŞ dolları aldığı zaman saxlanılıb.
 
Yayda Nazirlər Kabineti Rusiyanın bütün Ukrayna boyunca energetika infrastrukturunu güclü bombardman etdiyi zaman qışı keçirmək üçün energetika avadanlığının satınalınmasına 1, 68 milyard qriven (40 milyon avro) ayırıb. Lakin UMAB-ın məlumatına görə, satınalınmaya məsul olan dövlət məmurları bu sövdələşmədən qazanc əldə etmək qərarına gəlib.
 
"Onlar vasitəçilər qrupu ilə əlaqəyə girərək, əvvəlcədən müəyyən edilən təsərrüfat subyektləri ilə satınalmalar barədə müqavilə imzalanmasını təmin edib. Müqavilələrin dəyəri 280 milyon qriven (7 milyon avro) məbləğində şişirdilib, bu da sövdələşməyə dəstək verən məmurlara ödəniləcək "otkat" olub", - UMAB bəyan edib.
 
Lozinskinin işdən azad edilməsini bəyan edən Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov daha geniş təmizləmə aparılacağını vəd edib.
 
"Mən nazirliyin komandasına büdcə vəsaitləri, beynəlxalq maliyyə təşkilatlarının vəsaitləri və texniki layihələr daxil olmaqla regionlar nazirliyinin bütün aktiv layihələrinin yoxlanılmasına başlamağı tapşırmışam", - bəyanatda deyilir.
 
Zelenski korrupsiya ilə mübarizəni bərpa edir
 
2019-cu ildə Zelenski Ukraynanın prezidenti seçilib, hökumətdə islahatlar aparmağı, Rusiyanın hərbi müdaxiləsindən xeyli əvvəl ölkənin əzab çəkdiyi korrupsiyanın qarşısını almağı vəd edib. 2021-ci ildə Ukrayna "Transparency İnternational" təşkilatının korrupsiya indeksinə görə 180 ölkə arasında 122-ci yeri tutub.
 
Ötən il Ukrayna iqtisadiyyatı üçdə biri qədər azalıb və xeyli dərəcədə Qərbin maliyyə yardımından asılıdır. Beynəlxalq Valyuta Fondu və Avropa İttifaqı da daxil olmaqla donorlar daha çox şəffaflıq və daha yaxşı idarəçilik tələb edib.
 
Yanvarın 23-də axşam videomüraciətində Zelenski hökumətdə və təhlükəsizlik xidmətlərində ölkədə korrupsiya ilə mübarizə çərçivəsində dəyişikliklər edəcəyini elan edib. Zelenski hansı məmurların dəyişiləcəyini deməyib, lakin qeyd edib ki, yerdəyişmələr qaçılmazdır.
 
"Bizim kadrlarla bağlı qərarlarımız var, bunlar bu gün-sabah nazirliklərdə və hakimiyyətin mərkəzi qurumlarında, həmçinin regionlarda və hüquq-mühafizə sustemində olan kadrları əhatə edəcək", - prezident deyib.
 
Yanvarın 23-də parlament komitəsi satınalınmaların qaydalarını sərtləşdirməyə və bəzi qiymətləri münaqişə müddətində ictimaiyyətə elan etməyə razılıq verib. Zelenski elan edib ki, hökumət məmurlarının xaricə şəxsi səfərləri qadağan ediləcək.
 
Bu addım Baş Prokurorun müavini Aleksey Simonenkonun dekabr-yanvar aylarında Lvov biznesmeninə məxsus "Mersedes" avtomobilində İspaniyaya məzuniyyətə getdiyi bəlli olandan sonra atılıb. Hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən "Ukrainskaya pravda" internet qəzeti Simonenkonun istefa verdiyi barədə məlumat yayıb.
 
Müəllif: Aleksandra Appelberq


Xəbəri paylaş

1112 dəfə oxunub.

Digər xəbərlər