Tarix: 19-01-2023 | Saat: 21:34
Bölmə:Karusel / Manşet | çapa göndər
“Avropa Parlamentinin qəbul etdiyi qətnamədə Azərbaycanla bağlı böhtan xarakterli bəndlər yer alıb”.
Qarabaginfo.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.
Deputat deyib ki, bu qətnamə ilk deyil, bundan əvvəl də Avropa Parlamentində guya Azərbaycanın Qarabağda erməni mədəni irsini dağıtdığına dair, hətta digər ərazilərində də eyni addımların atıldığına dair yalan ortaya atılıb: “Həm ötən ilin mart ayında erməni yalanlarına əsasən hazırlanan və Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə ermənilərə məxsus tarixi-mədəni abidələrin dağıdılması ilə bağlı yalan faktları özündə ehtiva edən qətnamə, həm də bu ilin 18 yanvar tarixində Azərbaycanın guya Ermənistana hərbi təcavüz etməsi, Laçın yolunun “blokada”da olması kimi sərsəm iddialarla dolu olan qətnamənin korrupsioner şəxslərin əllərində oyuncağa çevrilmiş Avropa Parlamenti tərəfindən qəbul edilməsini Azərbaycana qarşı növbəti riyakarlıq kimi qiymətləndirirəm. Çünki bu tip münaqişələr və mübahisəli münasibətlər təkcə Qafqazda, Ermənistanla Azərbaycan arasında deyil. Buna dünyada, xüsusilə Avropada Ukrayna-Rusiya münasibətlərini misal göstərmək olar. 2014-cü ildə Rusiya Krımı ilhaq edəndə Ukrayna rəsmi dövlət səviyyəsində öz torpaqları olan Krımı ən zəruri ehtiyaclardan, hətta içməli sudan belə məhrum etdi. Təbii ki, bu həmin dövlətin öz haqqını tələb etmə forması idi. Lakin həmin vaxt heç bir beynəlxalq təşkilat, ən əsas da Avropa Parlamenti susma mövqeyində idi. Bu gün Avropa Parlamenti və onun kimi beynəlxalq təşkilatların mövqe bildirməli olduqları irqçilik cinayətləri və sözün əsl mənasında humanitar blokada da olub, humanitar cinayətlər var. Lakin dünya sanki bütün müharibə cinayətlərini unudub, öz haqqını tələb edən azərbaycanlı kiçik ekofəal dəstəsini cinayətkar kimi görür və ya görmək istəyir. Halbuki, Şuşa-Xankəndi yolunda ermənilərə məxsus sərbəst hərəkət edən maşınların görüntüləri yayıldı”.
Müşfq Cəfərli qeyd edib ki, bu gün Azərbaycan çox güclü tərəfdaşlıqlar əldə edir: “Azərbaycan Prezidenti İlham Əliyevin dünyanın ən böyük iqtisadi forumu olan Davos Forumunda iştirakı bəzi qüvvələri narahat edir. Azərbaycan enerji, iqtisadiyyat sahəsində günü-gündən vacib ittifaqlara imza atır. Bunu dünya mətbuatı da etiraf edir və onlar Azərbaycan Prezidentinin Avropada güclənən mövqeyindən bəhs edirlər. Ermənistan müxalif qüvvələrinin də əsas müzakirə mövzusu Azərbaycanın güclənməsidir”.
Deputat bu qətnamələrin bir kağız parçası olaraq qalacağını vurğulayıb: “Burada əsas məqsəd Avropa İttifaqı ilə iqtisadi münasibətləri pozmağa hədəflənsə də, buna nail olunmayacaq. Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığını davam etdirəcək”.
Digər xəbərlər