Saytımızı qiymətləndirin


 
 

ABŞ-da Rusiyaya qarşı yeni sanksiyalar müzakirə ediləcək
Tarix: 06-09-2025 | Saat: 13:51
Bölmə:Karusel / İqtisadiyyat / Dünya | çapa göndər

Avropa İttifaqının nümayəndələri sentyabrın 8-də Birləşmiş Ştatlara səfər zamanı Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcəklər.

Bu barədə “Associated Press” öz mənbələrinə istinadən məlumat yayıb.

“Avropalı rəsmi şəxslərdən ibarət komanda bazar ertəsi Rusiyaya qarşı müxtəlif iqtisadi təzyiq formalarını, o cümlədən, sanksiyaları müzakirə etmək üçün ABŞ Maliyyə Nazirliyinə baş çəkəcəklər”, – deyə məlumatda qeyd olunur.

Məlumata əsasən, nümayəndə heyətinə Avropa İttifaqının sanksiya məsələləri üzrə nümayəndəsi David O’Sallivan başçılıq edəcək.



Xəbəri paylaş

73 dəfə oxunub.

Digər xəbərlər